17:14 24-11-2021
news_image
117
FUTBOL

“Mançester Yunayted”in növbəti namizədi

“Mançester Yunayted”in baş məşqçi postuna daha bir namizədin adı bəlli olub.

Apasport.az saytının məlumatına görə, Ole-Qunnar Sulçerlə yollarını ayıran İngiltərə təmsilçisi Unai Emeriyə elçi düşüb.

Klub rəhbərliyi “Vilyarreal”ın ispaniyalı baş məşqçisi ilə danışıqlara yaxın müddətdə başlamağı planlaşdırır. Vaxtilə İngiltərədə “Arsenal”ı çalışdırmış Emeri bir müddət əvvəl “Nyukasl”dan aldığı təklifi rədd edib.

Qeyd edək ki, mançesterlilərin namizədləri siyahısında Xulen Lopeteqi, Maurisio Poçettino, Brendan Rocers kimi mütəxəssislər də var. Zinəddin Zidan və Roberto Mançini isə Premyer Liqa klubunda çalışmaq təklifini qəbul etməyib.