00:00 27-11-2021
news_image
416
FUTBOL

Premyer Liqamızın 33 gənci: “Barselona”ya həsədlə baxan klublarımız

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı istiqaməti üzrə

Ötən həftəsonu “Barselona”nın mövsüm ərzində 21 yaşadək 10-cu gənc futbolçuya şans verməsi ilə əlamətdar oldu. “Böyük beşlik” liqalarında “Renn” və “Sent-Etyenn” daha çox – hərəyə 11, “Monako” və “Ştutqart”da isə “Barselona” qədər – 10 gənc futbolçu meydana çıxıb.

Apasport.az saytı Azərbaycan Premyer Liqası ilə bağlı analoji araşdırma aparıb. 

Arxada qalan 11 turda heç bir klub nəinki “Renn” və “Sent-Etyenn”, heç “Barselona” və şərikləri qədər gəncə güvənməyib. Söhbət 2000-ci il və daha aşağı təvəllüdlü oyunçulardan gedir.

Yeri gəlmişkən, çempionatımızın reqlamentində meydana məhz 2000-ci illərdə andan olan bir futbolçunun çıxmasını zəruri edir. Baş tutan 11 turun 44 matçında isə cəmi 33 belə oyunçu şans qazanıb.

Rekord isə “Sabah”a məxsusdur. Futbolumuzun sabahı olmaq istəyən, amma neçə ildir düzgün istiqamətdə yol tapmayan Bakı təmsilçisi nəhayət ki, Murad Musayevin baş məşqçi təyin edilməsi ilə ümid verməyə başlayıb. Paytaxt klubu arxada qalan 11 turda 8 gəncə güvənib.

“Sabah” kimi turnir cədvəlinin ikinci yarısında möhkəmlənən “Səbail” də gənclər bolluğu yaşayır. Belə futbolçularının sayı 6-ya bərabər bakılılar son turda daha bir debütanta şans verib.

Gənclərin sayında autsayder “Qarabağ”dır. Çempionatın aşkar lideri, az qala indidən qızıl medal qazanacağı şübhə doğurmayan Ağdam təmsilçisində yalnız iki limitə düşən oyunçu meydana çıxıb. 

1. “Sabah” - 8
2. “Səbail” - 6
3-4. “Zirə” – 4
3-4. “Qəbələ” – 4
5-7. “Sumqayıt” – 3
5-7. “Neftçi” – 3
5-7. “Keşlə” – 3
8. “Qarabağ” – 2

Gənclərdən yalnız ikisi bütün qarşılaşmalarda şans qazanıb. Bunlar Nicat Mehbalıyevıə Səbuhi Abdullazadədir. Nicat medallara iddialı komandanın heyətində bütün görüşlərdə şans qazanması ilə diqqət çəkir. İki futbolçu isə 10 matçda meydanda olub. 9 oyun keçirən gənclərin sayı 4-ə bərabərdir.

Belə çox oyun praktikası qazanan 8 nəfərdən ikisi “Neftçi”, ikisi “Sumqayıt”ı təmsil edir. Digər klublarda bir fərqlənən gənc varsa, “Sabah”la “Səbail”də belə futbolçu yoxdur.

1-2. Nicat Mehbalıyev (“Qəbələ”) - 11 
1-2. Səbuhi Abdullazadə (“Sumqayıt”) – 11
3-4. Mert Çelik (“Neftçi”) – 10
3-4. Rüfət Abdullazadə (“Sumqayıt”) – 10
5-8. Turan Vəlizadə (“Keşlə”) - 9
5-8. İsmayıl Zülfüqarlı (“Neftçi”) - 9
5-8. Toral Bayramov (“Qarabağ”) - 9
5-8. Cəlal Hüseynov (“Zirə”) - 9

Mehbalıyev həm də meydanda ən çox vaxt keçirən gəncdir. O, 11 matçı əvəzolunmadan şans qazanıb.

Mert Çelik ikinci sırada qərarlaşıb. Turan Vəlizadə üçüncüdür.

Ümumilikdə 8 oyunçu ən azı 550 dəqiqə meydanda olub. Yalnız “Neftçi”də iki belə futbolçu var. Əvəzində “Sabah”ın heç bir limitə düşən oyunçusuna bu qədər güvənilməyib. Bu da komandada gənclərin çoxluğu və limitdəki yer uğrunda da rəqabətin olması ilə bağlıdır.

1. Nicat Mehbalıyev (“Qəbələ”) – 990
2. Mert Çelik (“Neftçi”) - 880
3. Turan Vəlizadə (“Keşlə”) - 790
4. Səbuhi Abdullazadə (“Sumqayıt”) - 772
5. Cəlal Hüseynov (“Zirə”) - 743
6. Toral Bayramov (“Qarabağ”) – 630
7. Ədilxan Qarəhmədov (“Səbail”) - 557
8. İsmayıl Zülfüqarlı (“Neftçi”) - 551

“İki mininci illərin uşaqları” mövsüm ərzində 8 qola imza atıb. Bu topların yarısı Musa Qurbanlının aktivindədir. “Qarabağ”ın gənc hücumçusu baş məşqçi olan atası Qurban Qurbanovdan o qədər də çox şans qazanmasa da, etimadı vurduğu qollarla doğruldub.

Digər 4 qola fərqli klubların oyunçuları imza atıb.  “Səbail”, “Sumqayıt” və “Keşlə”nin gəncləri isə qol vurmağa müvəffəq olmayıblar.

1. Musa Qurbanlı (“Qarabağ”) - 4
2-5. İsmayıl Zülfüqarlı (“Neftçi”) – 1
2-5. Ceyhun Nuriyev (“Sabah”) - 1
2-5. Cəlal Hüseynov (“Zirə”) - 1
2-5. Emil Səfərov (“Qəbələ”) - 1

Limitdəki futbolçular 11 turda yalnız bir dəfə qırmızı vərəqə ilə cəzalanıb. Bu da “Səbail”in passivinə yazılıb. Ədilxan Qarəhmədov (“Səbail”) mövsümün arxada qalan hissəsində cəzalanan ən gənc oyunçudur.

Sarı vərəqə alan limitdəkilərin sayı yetərincədir. Lakin hələ onlardan heç biri xəbərdarlıqlar üzündən diskvalifikasiya yaşamayıb. Söhbət 4-cü sarı vərəqədən sonra bir matçı buraxmaqdan gedir.

Amma Mert Çelik buna çox yaxındır. Milliləşən legioner daha bir görüşdə önündə vərəqə görsə, növbəti turu buraxacaq. Beş gənc isə iki dəfə xəbərdarlıq alıb. Onlardan üçü “Qəbələ”nin üzvləridir.

1. Mert Çelik (“Neftçi”) - 3
2-6. Rüfət Abdullazadə (“Qəbələ”) - 2
2-6. Nicat Mehbalıyev (“Qəbələ”) - 2
2-6. Rüfət Əhmədov (“Qəbələ”) - 2
2-6. Emil Səfərov (“Qəbələ”) - 2
2-6. Elçin Mustafayev (“Keşlə”) - 2

Ruslan Sadıqov

MEDİA-nın maliyyə yardımı ilə dərc olunurMEDİA-nın maliyyə yardımı ilə dərc olunur