11:12 25-11-2021
news_image
74
FUTBOL

Sterlinq Lemparda çatdı

“Mançester Siti”nin futbolçusu Rahim Sterlinq Çempionlar Liqasında 23-cü qolunu vurub.

Apasport.az saytının məlumatına görə. hücumçu qrup mərhələsinin V turunun PSJ ilə matçında fərqlənib.

Sterlinq qitənin ən nüfuzlu klub turnirində ən çox qol vuran ingiltərəlilər arasında 3-cü yerə şərik olub. O, Frenak Lemparda çatıb.

Rahim yalnız iki oyunçudan geri qalır. Pol Skoulzun hesabında 24 top var ki, Sterlinqin ona çatması üçün cəmi bir qol lazımdır.

İngiltərəlilər arasında mütləq rekord Ueyn Runiyə məxsusdur. O, Çempionlar Liqasında 30 dəfə fərqlənib.

Qeyd edək ki, “Mançester Siti” PSJ-yə 2:1 hesabı ilə qalib gəlib.