16:41 25-11-2021
news_image
157
FUTBOL

Maykl Ouen Halandın keçəcəyi klubu açıqladı

İngiltərə millisinin və “Liverpul”un sabiq futbolçusu Maykl Ouen Dortmund “Borussiya”sının hücumçusu Erlinq Halandla bağlı maraqlı fikir səsləndirib.

Apasport.az saytının məlumatına görə, sabiq forvard norveçli oyunçunun növbəti mövsümdən Premyer Liqada çıxış edəcəyini proqnozlaşdırıb.

O, hətta gənc hücumçunun yeni komandasının adını da çəkib: “Haland “Liverpul”a keçsə, Salahın orada çox qol vuracağını düşünmürəm. Perspektivlər inanılmaz olardı. Amma mənə elə gəlir ki, Halandın növbəti klubu böyük ehtimalla “Mançester Siti” olacaq. Onun “Mançester Yunayted”ə yaraşacağını düşünmürəm. Həmçinin “Liverpul”un oyununa uyğun olub-olmayacağına da əmin deyiləm. Şəxsən mən onun “Mançester Siti”yə gedəcəyini fikirləşirəm”.

Qeyd edək ki, Erlinq Haland bu mövsüm 10 oyunda 13 qol vurub.