21:31 25-11-2021
news_image
127
FUTBOL

“Bazel” qrup liderliyinə yüksəldi

Konfrans Liqasında qrup mərhələsi davam edir.

Apasport.az saytının məlumatına görə, Azərbaycan təmsilçisi “Qarabağ”ın mübarizə apardığı H qrupunda V tura start verilib.

Günün ilk matçı Almatıda baş tutub. Qrupdan çıxa bilməyəcəyi rəsmiləşən “Kayrat” “Bazel”i qəbul edib.

Məhsuldar keçən görüşdə 5 qol vurulub. “Qarabağ”la qrup qalibi adı uğrunda mübarizədəki rəqibi “Bazel” səfərdə çətin qələbə qazanıb. İsveçrə klubu iki dəfə hesabda geri düşsə də, Qazaxıstan təmsilçisi üzərində əzmkar qələbə ilə liderliyə yüksəlib.

Qeyd edək ki, “Qarabağ” V turun oyununda “Omoniya” ilə qarşılaşacaq. Ağdam klubu saat 21:45-də başlayacaq görüşdə qalib gəlsə, liderliyi qaytaracaq.

Konfrans Liqası
V tur, H qrupu
19:30. “Kayrat” (Qazaxıstan) – “Bazel” (İsveçrə) – 2:3
Qollar:
Vaqner Lav, 23, Kamo Hovanesyan, 56 – Artur Kabral, 45 (pen.), Edon Jeqrova, 69, Pajtim Kasami, 73

1

Bazel

5

3

2

0

11-6

11

2

Qarabağ

4

3

1

0

8-3

10

3

Omoniya

4

0

2

2

3-8

2

4

Kayrat

5

0

1

4

6-11

1