22:20 25-11-2021
news_image
155
FUTBOL

“Qarabağ”ın oyununda gərgin anlar

"Qarabağ"ın Konfrans Liqasının qrup mərhələsinin V turunda "Omoniya" ilə matçında gərgin anlar yaşanıb.

Apasport.az saytının məlumatına görə, hadisə 31-ci dəqiqədə Abbas Hüseynovun rəqibin oyunçusu Kiko arasında top uğrunda mübarizədən sonra olub.

Abbas topa rəqibdən tez yetişincə, kiprlilərin futbolçusu onu güləş fəndi ilə yerə yıxıb. Buna qəzəblənən "Qarabağ"ın yarımmüdafiəçisi Kadi Borqes rəqibin üstünə şığıyıb. Kapitan Maksim Medvedevin ilk müdaxiləsi ilə oyunçuları sakitləşdirmək mümkün olub.

Baş hakim isə Borqes, Kiko və Mihal Durişi sarı vərəqə ilə cəzalandırıb.