23:41 25-11-2021
news_image
145
FUTBOL

“Qalatasaray” qrupdan çıxdı

Türkiyə “Qalatasaray”ı avrokuboklarda növbəti oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, Avropa Liqasında mübarizə aparan İstanbul nəhəngi qrup mərhələsində son ev matçına çıxıb.

Fatih Terimin yetirmələri Fransa “Marsel”ini qəbul edib. E qrupunun lideri olan “Cim-Bom” bu qarşılaşmada da qalib gəlib. 

İlk yarıda öncə Aleksandru Sisaldau hesabı açıb. Ardınca Duje Çaleta-Çar avtoqol müəllifi olub. Fasilədən sonra komandalar hərəyə iki qol vurub. Əvvəl Sofion Fequli, sonra Rayan Babel fərqi üç topa çatdırsa da, hər iki qolun ardınca fransalılar bir dəfə fərqləniblər.

4:2 hesablı qələbə qazanan “Qalatasaray” xal hesabını 11-ə çatdırıb. “Latsio” “Lokomotiv”lə səfər matçında qələbə qazanıb - 3:0. Bu nəticələrdən sonra Türkiyə və İtaliya təmsilçilərinin mübarizəni bu turnirdə davam etdirəcək ilk iki yerdə qərarlaşacağı dəqiqləşib. 1/8 finala birbaşa vəsiqə və pley-offa yollanacaq komandanın adına son turda aydınlıq gələcək.

Qeyd edək ki, VI turun görüşləri dekabrın 9-da keçiriləcək.