00:01 26-11-2021
news_image
182
FUTBOL

“Omoniya”nın futbolçusu: “Hesabda geri düşsək də, gözəl qolla bərabərliyi bərpa etdik”

“Bugünkü oyunda özümüzü ən yaxşı tərəfdən göstərmək istədik”.

Apasport.az saytının məlumatına görə, bunu “Omoniya”nın futbolçusu Xaralampos Xaralampous deyib.

O, Konfrans Liqasının qrup mərhələsinin V turunda “Qarabağ”la keçirilən oyundan sonra mətbuat konfransına qatılıb. 

Karalambus 2:2 hesabı ilə başa çatan qarşılaşmanı bu cür dəyərləndirib: “Birinci hissədə hesabda önə keçdik. Ancaq fasilədən dərhal sonra qol buraxdıq, meydanda azlıqda qaldıq. Hesabda geri düşsək də, gözəl qolla bərabərliyi bərpa etdik. Heç-heçəyə layiq idik”.

O bildirib ki, “Bazel”lə oyun da daxil olmaqla, “Qarabağ”la bugünkü matçları ən çətin oyunlardan idi: “Qarabağ”ın bugünkü çıxışı bir az üstün idi”.