01:52 26-11-2021
news_image
1142
FUTBOL

Mahir Emreli penaltini qaçırdı, “tülkülər” qələbə qazandı

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşa “Legiya”sında növbəti oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, 24 yaşlı hücumçu Avropa Liqasının V turunda meydana çıxıb.

O, Varşava təmsilçisinin qrup mərhələsinin “Lester”lə səfər görüşünə start heyətində başlayıb. Matç polşalılar üçün uğursuz alınıb.

Erkən qol buraxan “Legiya” hesabda iki top geridə olduğu vaxt penalti imkanı qazanıb. Mahir 11 metrlik nöqtədən qol vura bilməyib. Düzdür, onun komanda yoldaşı qapıçının qaytardığı topu tora göndərib. Amma az keçmədən “tülkülər” üçüncü qolu da vurub. Mahirin 78-ci dəqiqəsində əvəzləndiyi qarşılaşma İngiltərə klubunun 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Bu məğlubiyyətdən sonra aktivində 6 xal olan “Legiya” C qrupunun autsayderidir. “Lester”in 8, “Napoli” və “Spartak”ın hərəyə 7 xalı var.

Qeyd edək ki, dekabrın 9-da keçiriləcək son turda “Legiya” “Spartak”ı qəbul edəcək.