09:55 26-11-2021
news_image
92
FUTBOL

“Omoniya”nın 17 yaşlı futbolçusu: “Qarabağ”ı məğlub edə bilərdik”

“Qarabağ”a qarşı çıxış etdiyim üçün çox xoşbəxtəm. Düşünürəm ki, yaxşı oynadım”.

Apasport.az saytının məlumatına görə, bunu “Omoniya”nın futbolçusu Andreas Asimenos Konfrans Liqasının qrup mərhələsinin V turunda “Qarabağ”la keçirilən oyunu dəyərləndirərkən deyib.

2:2 hesabı ilə nəticələnən qarşılaşmadan sonra yerli mətbuata fikirlərini bölüşən 17 yaşlı yarımmüdafiəçi start heyətində çıxış etdiyi üçün sevincli olduğunu söyləyib. Onun fikrincə, qələbə qazanmağa daha yaxın idilər: “Çətin oyun olacağını öncədən gözləyirdik. Gənc olsam da, buna hazır idim. Fikrimcə, bərabərlik bizim üçün uğurlu nəticədir. Ancaq rəqibi məğlub edə bilərdik. Daha iki real qol şansından yararlana bilsəydik, 3 xalla qayıdardıq”.

Qeyd edək ki, son tur öncəsi “Qarabağ” 11 xalla qrupda ikinci, “Omoniya” isə 3 xalla üçüncü pillədə qərarlaşıb.