10:28 26-11-2021
news_image
158
FUTBOL

ABŞ millisinin sabiq üzvü “Qarabağ”la oyun haqda: “Sanki qələbə qazanmışıq”

“Omoniya”da özümü böyük komandada oynamaq qədər şərəfli hiss edirəm”.

Apasport.az saytının məlumatına görə, bunu “Omoniya”nın futbolçusu Mikkel Diskerud Konfrans Liqasının qrup mərhələsində “Qarabağ”la Bakıda keçirilən oyundan sonra deyib.

31 yaşlı yarımmüdafiəçi V tur çərçivəsində baş tutan görüşlə bağlı fikirlərini bildirib. ABŞ millisinin sabiq üzvü qol şanslarını qaçırmalarına üzüldüyünü söyləyib: “Jordi Qomesin 90-cı dəqiqədə vurduğu bərabərlik qolu ilə sanki qələbə qazanmışıq. Bunu reallaşdırmağa yaxın olduq. Ancaq çox sayda qol şansı qaçırdıq. Bundan artığını edə bilərdik. Digər tərəfdən bütün fikrimizin çempionatda APOEL-lə matçda olduğunu da deməliyəm”.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüş 2:2 hesabı ilə yekunlaşıb.