11:58 26-11-2021
news_image
139
FUTBOL

Milliyə üç braziliyalı gətirilir

İtaliya yığmasına daha üç legioner futbolçu cəlb olunacaq.

Apasport.az saytının məlumatına görə, bunu futbol federasiyasının prezidenti Qabriele Qravina deyib.

Qurum başçısı bildirib ki, 2022-ci ilin martında keçiriləcək DÇ-2022-nin pley-off görüşlərinə qədər heyət gücləndiriləcək: “Federasiya yığmaya çağırıla biləcək bütün futbolçuların xidmətində maraqlıdır. Biz üç mövqe üzərində çalışırıq. Proses gedir. Biz formallıqları həll edirik. Qalan məsələlər baş məşqçinin üzərinə düşür ki, oyunçunu yığmaya çağırmağa qərar versin”.

Gücləndiriləcək üç mövqeyə “Latsio”dan Luis Felipe, “Roma”dan Rojer İbanes və “Kalyari”dən Joao Pedronun çağırılması nəzərdə tutulub. Hazırda bu üç braziliyalının milliləşdirilməsi prosesi gedir.

Qeyd edək ki, İtaliya yığmasının heyətində forma geyinən Jorjinyo da braziliyalıdır.