13:11 26-11-2021
news_image
67
FUTBOL

“Nyukasl”ın Zinçenko planı

İngiltərənin “Mançester Siti” klubunun futbolçusu Aleksandr Zinçenko komandasını dəyişə bilər.

Apasport.az saytının məlumatına görə, ukraynalı yarımmüdafiəçi “Nyukasl”ın maraq dairəsinə düşüb.

Klubun yeni sahibləri Mançester təmsilçisinin əsas heyətində yerini itirən Zinçenkonu icarəyə götürməyi planlaşdırır. Öz mövqeyində Joao Kanseluya uduzan ukraynalı da oyun praktikası üçün klubunu dəyişməyin əleyhinə deyil.

Qeyd edək ki, Aleksandr cari mövsüm Premyer Liqada cəmi 55 dəqiqə meydanda olub.