13:16 26-11-2021
news_image

AŞF-də İlahə Qədimovaya vəzifə verildi

Azərbaycan Şahmat Federasiyasının (AŞF) yeni baş katibi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, bu gün baş tutan növbəti hesabat-seçki konfransından sonra federasiya rəhbərliyi və İcraiyyə Komitəsinin üzvlərinin yeni tərkibdə ilk iclası keçirilib.

Yığıncaqda qurumun baş katibi təsdiqlənib. Bu vəzifəyə İlahə Qədimova təyin olunub.

Yeniyetmələr arasında dünya çempionu, beynəlxalq qrossmeyster AŞF-nin baş katibi kimi çalışacaq. O, uzun müddətdir boş qalan vəzifəni tutub. 

Qeyd edək ki, federasiyanın yeni prezidenti Mahir Məmmədov olub.