13:28 26-11-2021
news_image
181
TOKİO-2020

Fərid Qayıbovdan Fərid Mansurova tapşırıqlar

Azərbaycan Gənclər və İdman Nazirliyinin (AGİN) Kollegiya iclası keçirilib.

AGİN-dən apasport.az saytına verilən məlumata görə, nazir Fərid Qayıbovun sədrliyi ilə keçən iclasda Azərbaycan milli olimpiya və paralimpiya komandalarının Yaponiyanın Tokio şəhərində keçirilmiş XXXII Yay Olimpiya Oyunlarında və XVI Yay Paralimpiya Oyunlarında iştiraklarının yekunları müzakirə edilib.

Nazirliyin İdman şöbəsinin müdiri Fərid Mansurov Azərbaycan milli olimpiya komandasının XXXII Yay Olimpiya Oyunlarına hazırlığı və iştirakı barədə, kütləvi bədən tərbiyəsi və texniki idman növləri sektorunun müdiri Aydın Məmmədov isə Azərbaycan milli paralimpiya komandasının XVI Yay Paralimpiya Oyunlarına hazırlığı və iştirakı barədə hesabat xarakterli çıxış ediblər.

Hər iki hesabat dinlənildikdən sonra, hazırlıq prosesində buraxılmış səhvlər müzakirə edilib. Yol verilmiş nöqsanların aradan qaldırılması və növbəti olimpiya oyunlarında yüksək nailiyyətlərin əldə olunmasına əsaslı zəmin yaradılması məqsədilə İdman şöbəsinə bir sıra tapşırıqlar verilib.