13:37 26-11-2021
news_image
99
FUTBOL

Yevgeni Koçuk: “Neftçi”yə vurduğum qolun xüsusi əhəmiyyəti var”

“2018/19-cu illər mövsümü həm mənim, həm də komandam üçün uğurlu il oldu. Komanda çox baxımlı və keyfiyyətli oyun sərgiləyirdi”.

Apasport.az saytının məlumatına görə, bunu “Səbail”in sabiq futbolçusu Yevgeni Koçuk deyib.

Üç mövsüm “Səbail”in şərəfini qoruyan yarımmüdafiəçi klubun rəsmi saytına müsahibədə Koçuk sabah baş tutacaq “Neftçi” ilə oyunu barədə də fikirlərini bildirib: “Neftçi”yə vurduğum qolun mənim üçün xüsusi əhəmiyyəti var. Əsas səbəblərdən biri də komanda üçün ən lazımi anda vurulması idi. Nəticədə komanda həmin oyunda qələbə qazandı. Bilirəm ki, mənim “Səbail”də yaxşı göstəricilərim var. “Səbail” mənim üçün doğma klubdur. Burada keçən vaxtım məndə ancaq müsbət emosiyalar yaradır. “Səbail”ə sabahkı oyunda uğurlar arzulayır, qələbə qazanmalarını istəyirəm. Həmçinin, onlara Premyer Liqanın bütün oyunlarında uğurlar arzulayıram”.

Qeyd edək ki, Koçuk “Səbail”də 54 oyunda 7 qol vurub.