13:39 26-11-2021
news_image
182
FUTBOL

"Neftçi" və "Qarabağ"a cəza, "Sabah"a baş məşqçisinə görə xəbərdarlıq

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Apasport.az saytının məlumatına görə, yığıncaqda Premyer Liqanın XI turunda baş verənlər müzakirə olunub və müvafiq qərarlar çıxarılıb.

“Qarabağ” – “Keşlə” oyununda matç bitdikdən dərhal sonra azarkeş meydançaya daxil olduğu üçün Ağdam klubu 1600 manat cərimələnib.

“Sabah”la ev oyununda “Neftçi”nin azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat ziyana düşüb. “Sabah” oyunçularının geyimlərindəki qüsurlara görə matç gec başlandığı üçün klub 800 manat cərimə olunub. 

Klubunun baş məşqçisi Murad Musayev “A” buraxılış vəsiqəsindən istifadə etmədiyinə görə paytaxt təmsilçisinə xəbərdarlıq edilsin. Matç bitdikdən dərhal sonra meydançaya azarkeş daxil olduğu üçün “Neftçi” daha 1600 manat ödəyəcək.

“Qəbələ” ilə görüşdə sonuncu ümid foluna görə qırmızı vərəqə alan “Sumqayıt”ln futbolçusu Vurğun Hüseynov 1 oyun diskvalifikasiya edilib və klubunu 200 manat xərcə salıb.