14:24 26-11-2021
news_image
195
FUTBOL

Bir ilə bir gün qalmış: “Qarabağ” üçün ilk

“Qarabağ” cari mövsümdə ilk dəfə avrokubok oyununda 1-dən çox qol buraxıb.

Apasport.az saytının məlumatına görə, bu, Konfrans Liqasının qrup mərhələsinin V turuna təsadüf edib.

Qurban Qurbanovun yetirmələri Kipr “Omoniya”sı ilə ev oyununda uğurlu seriyanı davam etdirə bilməyib. 2:2 hesablı heç-heçəyə qədər cari mövsümün son 10 qarşılaşmasında komanda 2 və ya daha çox qol buraxmırdı.

Sonuncu belə uğursuzluq ötən il noyabrın 26-na təsadüf edib. 364 gün əvvəl “Qarabağ”la matçda “Sivasspor” 3:2 hesablı səfər qələbəsinə sevinib. Bundan sonra “Makkabi” (Təl-Əviv, İsrail) ilə 1:1 hesablı heç-heçə edib, “Vilyarreal”la İspaniyadakı görüşə getməyib texniki məğlubiyyət alan komanda baş tutan görüşlərdə müdafiədə etibarlı olub.

Qeyd edək ki, mövsümün əvvəlki 10 oyunundan beşində bir top buraxan “Qarabağ” 5 dəfə qapısını toxunulmaz saxlayıb.