00:17 29-11-2021
news_image
192
FUTBOL

İcarədə olan ən yaxşı futbolçular - ADLAR

Adətən icarə əsasında komandasını dəyişən futbolçu elə də parlaq oyun sərgiləyə bilmir.

Apasport.az saytının məlumatına görə, bəzən çıxışı ilə baş məşqçini və rəhbərliyi sevindirən oyunçular da olur.

Bu cür futbolçuları icarəyə götürən klublar qısa müddətdə birdəfəlik transfer etməyə çalışır. 2021/22 mövsümünü də icarə əsasında keçirməsinə baxmayaraq, yaddaqalan performans sərgiləyən futbolçular var. Bu yazıda məhz həmin oyunçulardan bir neçəsini təqdim edəcəyik.

Onlar müxtəlif meyarlara görə, aşağıdakı qaydada sıralanıb.

1. Cengiz Ünder – 5 qol (“Lester”dən “Marsel”ə)
2. Konor Qallaher – 4 qol, 2 assist (“Çelsi”dən “Kristal Pelas”a)
3. Brahim Diaz - 4 qol, 2 assist (“Real”dan “Milan”a)
4. Matteo Qenduzi – 3 qol, 3 assist (“Arsenal”dan “Marsel”ə)
5. Antuan Qrizmann – 5 qol (“Barselona”dan “Atletiko”ya)
6. Federiko Kyeza – 3 qol, 3 assist (“Fiorentina”dan “Yuventus”a)
7. Merih Demiral (“Yuventus”dan “Atalanta”ya)