14:54 26-11-2021
news_image
212
FUTBOL

Şevçenko həmyerlisini “Cenoa”ya gətirir

İtaliyanın “Cenoa” klubunun transfer hədəfi bəlli olub.

Apasport.az saytının məlumatına görə, A seriyası təmsilçisinin ukraynalı baş məşqçisi Andrey Şevçenko yanına həmyerlisini gətirməyə qərar verib.

45 yaşlı mütəxəssis rəhbərlikdən Andrey Yarmolenkonun transferini istəyib. Şevçenko qış transfer pəncərəsində hücumun cinahını gücləndirməyi vacib sayır.

İngiltərə “Vest Hem”ində çıxış edən forvardın müqaviləsi 2022-ci ilin yayında başa çatacaq. Bu üzdən də tərəflərin transferlə bağlı razılığa gələcəyi gözlənilir.

Qeyd edək ki, Şevçenko və Yarmolenko 2009-12-ci illərdə Kiyev “Dinamo”sunda birgə çıxış edib. 2016-21-ci illərdə Yarmolenko adaşının rəhbərliyi altında Ukrayna millisində çıxış edib.