20:10 27-11-2021
news_image
715
FUTBOL

“Neftçi”nin gücü autsayderə çatdı, “Sabah” seriyanı davam etdirdi - YENİLƏNİB

Bu gün Azərbaycan Premyer Liqasında XII tura start verilib.

Apasport.az saytının məlumatına görə, ilk oyun günündə iki matç keçirilib.

Günə “Bank Respublika Arena”da start verilib. Turnir cədvəlinin ikinci yarısında qərarlaşan komandaların duelində “Sabah” “Keşlə”ni qəbul edib. Məşqçi dəyişikliyindən sonra oyununda irəliləyiş olan meydan sahibləri uğurlu seriyasını davam etdirib. “Sabah” erkən qollar sayəsində aktivinə 3 xalı yazdırıb. “Keşlə”nin isə gücü ikinci hissədə fərqi minimuma endirməyə çatıb. Bununla “Sabah” Premyer Liqada məğlubiyyətsiz oyunlar seriyasını 5-ə yüksəldib. Komanda Murad Musayevin rəhbərliyi altında keçirdiyi 3-cü matçında isə 2-ci qələbəsini qazanıb. 

Son çempion “Neftçi” “Səbail”in qonaq edib. Son 3 turda məğlubiyyətləri sıralayan “ağ-qaralar” uğursuz seriyaya meydana baş məşqçisiz çıxan autsayder önündə son qoyub. 20 yaşlı yarımmüdafiəçi Vüsal Əsgərovun yeganə qolu sayəsində qələbə qazanan Samir Abasovun kollektivi ən azı bir günlük “Zirə”ni geridə qoyaraq, turnir cədvəlində 3-cü pilləyə yüksəlib.

Qeyd edək ki, sabah keçiriləcək “Sumqayıt” – “Zirə” görüşü ilə davam etdiriləcək tura noyabrın 29-da baş tutacaq “Qəbələ” – “Qarabağ” oyunu ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası
XII tur
27 noyabr (şənbə)
15:00. “Sabah” – “Keşlə” - 2:1
Qollar:
Amin Seydiyev, 4, Aleksey İsayev, 12 - Sadio Tounkara, 49
Baş hakim: Rəşad Əhmədov
“Sabah”: 16. Saşa Stamenkoviç, 14. Slavik Alxasov, 2. Amin Seydiyev, 10. Aleksey İsayev, 34. Bəxtiyar Həsənalızadə, 4. Elvin Camalov (k), 26. Fofana Tiemoko, 3. Zurab Oçiqava, 17. Xuan Kamara, 29. Ceyhun Nuriyev, 66. Abdulax Xaibulaev
Ehtiyat oyunçular: 32. Rustam Samigullin, 94. Yusif İmanov, 55. Şpiro Periçiç, 5. Arsen Ağcabəyov, 8. Şakir Seyidov, 21. İldar Alekperov, 33. Camal Cəfərov
Baş məşqçi: Murad Musayev
“Keşlə”: 1. Stanislav Namaşko, 3. Tərlan Quliyev, 19. Azər Salahlı, 2. İlkin Qırtımov (k), 7. Rəhman Hacıyev, 4. Şəhriyar Əliyev, 11. Sadio Tounkara, 9. Anatole Abanq, 72. Aldair Neto, 10. Felipe Santos, 14. Turan Vəlizadə
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 27. Əkpər Vəliyev, 8. Tural Axundov, 20. Rail Məlikov, 23. Nicat Qurbanov, 5. Kərim Diniyev, 29. Amil Yunanov, 99. Rafael Məhərrəmli, 21. Miyusko Boyoviç, 50. Samir Abdullayev, 55. Raul Həsənzadə, 97. Qurban Səfərov
Baş məşqçi: Sənan Qurbanov
“Bank Respublika Arena”

18:15. “Neftçi” – “Səbail” - 1:0
Qol: 
Vüsal Əsgərov, 52
Baş hakim: Elçin Məsiyev
“Neftçi”: 12. Kamran İbrahimov, 26. Ömər Buludov, 8. Emin Mahmudov (k), 3. Mamadu Mbodj, 6. Voyislav Stankoviç, 24. Yusuf Laval, 29. Sabir Buqrin, 91. Ramon Maçado, 36. Mamadu Kane, 20. Mert Çelik, 37. Vüsal Əsgərov
Ehtiyat oyunçular: 93. Rza Cəfərov, 22. Mirabdulla Abbasov, 19. Fəhmin Muradbəyli, 10. Sezar Meza Kolli, 11. Harramiz Soares, 4. Huqo Basto, 14. Romen Bask, 7. Xorxe Korrea, 21. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli
Baş məşqçi: Samir Abasov
“Səbail”: 1. Kamran Ağayev, 17. Elçin Rəhimli, 3. Turan Manafov, 5. Adil Nağıyev, 11. Rauf Əliyev (k), 22. Əfran İsmayılov, 6. Cabir Əmirli, 33. Domantas Şimkus, 34. Yurqen Qoxa, 30. Camal Araqo, 77. Ədilxan Qarəhmədov
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 14. Rahid Əmirquliyev, 8. Elşən Abdullayev, 10. Cavid Tağıyev, 21. Məhəmməd Mirzəbəyov, 19. Ruslan Hacıyev, 2. Elton Əlibəyli, 20. Orxan Fərəcov, 38. Zeynəddin Abdurahmanov
Məşqçi: Vüqar Məmməd
“Bakcell Arena”

1

Qarabağ

11

8

2

1

23-7

26

2

Qəbələ

11

6

3

2

20-12

21

3

Neftçi

12

6

2

4

20-18

20

4

Zirə

11

5

4

2

18-12

19

5

Sabah

12

4

2

6

16-18

14

6

Sumqayıt

11

3

2

6

8-14

11

7

Keşlə

12

3

1

8

12-21

10

8

Səbail

12

3

0

9

9-24

9

Bombardirlər: Davit Volkov ("Zirə") – 9 qol, Filip Ozobiç ("Qarabağ") – 6, Coy-Lens Mikels ("Sabah"), Ülvi İsgəndərov ("Qəbələ") - 5.