15:54 26-11-2021
news_image
1607
FUTBOL

Şahruddin Məhəmmədəliyev üzr istəyib ağladı

"Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev komanda yoldaşlarından və məşqçi heyətindən üzr istəyib.

Apasport.az “sportinfo”ya istinadən məlumat verir ki, bu, dünən Konfrans Liqasında "Omoniya" ilə 2:2 bitən matçdan sonra baş verib.

Qonaqlar 90-cı dəqiqədə bərabərlik qoluna imza atıb. Kipr klubunun 36 yaşlı yarımmüdafiəçisi Jordi Qomesin uzaq məsafədən vurduğu dəqiq zərbə ilə Azərbaycan təmsilçisini xal itkisinə uğradıb. Qeydə alınan bərabərlik "Qarabağ"ın Konfrans Liqasının H qrupunda lider olmasını ertələyib.

"Şah" komandasının onun səhvi ucbatından ikinci pilləyə düşməsini qəbul edib və böyük məyusluq hissi keçirdiyini bildirib. O, özünü narahat hiss elədiyini və bu hadisəni heç vaxt unutmayacağını söyləyib.

Məşqçilər və futbolçular göz yaşları içində nə edəcəyini bilməyən qapıçını sakitləşdirib. Deyilib ki, futbolda belə səhvlər gözləniləndir, həmişə xilaskar olmaq mümkün deyil, sadəcə, diqqətli hərəkət etmək lazımdır.

Məhəmmədəliyev sonda söz verib ki, bir daha belə xətalara yol verməyəcək.