15:57 26-11-2021
news_image
196
TOP OYUNLARI

Cavid Qurbanov yenidən federasiya prezidenti seçildi - FOTOSESSİYA

Azərbaycan Voleybol Federasiyasının (AVF) növbəti hesabat-seçki konfransı keçirilib. 

Apasport.az saytının məlumatına görə, Gənclər və İdman Nazirliyində keçirilən tədbirdə nazir Fərid Qayıbov konfrans iştirakçılarını salamlayıb, onlara uğurlar arzulayıb.

Ardınca AVF-nin son illərdəki fəaliyyəti barədə qurumun prezidenti Cavid Qurbanovun hesabatı dinlənilib və federasiya rəhbərliyinə yeni seçki keçirilib. Cavid Quliyev yenidən federasiyanın prezidenti seçilib. 

Faiq Qarayev 1-ci vitse-prezident, Cəlil Cəfərov və Əbülfəz Hüseynov vitse-prezident vəzifəsini icra edəcəklər. Konfransda Nicat Quliyev və Kamal Hüseynli Azərbaycan Voleybol Federasiyası İdarə Heyətinə üzv qəbul ediliblər.

Tədbirdə həmçinin federasiyanın Nizamnaməsinə əlavə və dəyişikliklər də müzakirə olunaraq qəbul edilib.

Qeyd edək ki, Qurbanov 2016-cı ildən AVF-nin rəhbəridir.