20:29 26-11-2021
news_image
426
FUTBOL

DÇ-2022: Pley-offun cütləri müəyyənləşdi

DÇ-2022: Pley-offun cütləri müəyyənləşdi 

DÇ-2022-nin Avropa zonası üzrə pley-off mərhələsinin püşkü atılıb. 

Apasport.az saytının məlumatına görə, Qətərdə təşkil olunacaq mundiala üç vəsiqə uğrunda mübarizə aparacaq 12 komandanın rəqibləri bəlli olub.

İsveçrənin Sürix şəhərindəki püşkatmada komandalar üç yola bölünüb. A, B və C yolları üzrə yarımfinal cütləri bəlli olub. Bu mərhələnin görüşləri 2022-ci il martın 24-də səpələnmiş komandaların meydanında keçiriləcək. 

Beş gün sonra təşkil olunacaq yollar üzrə final matçlarının meydan sahibləri isə püşkatmada dəqiqləşib. 

Qardaş Türkiyə yığması da yarımfinaldakı rəqibini tanıyıb. “Ay-ulduzlular” bu mərhələnin görüşünü səfərdə keçirəcək. 

DÇ-2022, Avropa zonası üzrə pley-off 
Yarımfinal, 24 mart 2022-ci il 
A yolu 

1. Şotlandiya - Ukrayna
2. Uels - Avstriya
B yolu 
3. Rusiya - Polşa
4. İsveç - Çexiya
C yolu 
5. İtaliya – Şimali Makedoniya
6. Portuqaliya – Türkiyə

Final, 29 mart 2022-ci il 
A yolu 

2-ci cütün qalibi - 1-ci cütün qalibi
B yolu 
3-cü cütün qalibi – 4-cü cütün qalibi 
C yolu 
6-ci cütün qalibi - 5-ci cütün qalibi 

Qeyd edək ki, pley-offda seçmə mərhələnin qrup ikinciləri və Millətlər Liqasından iki vəsiqənin sahibi mübarizə aparacaq.