13:42 27-11-2021
news_image
191
DİGƏR NÖVLƏR

29 illik tarixdə ilk: MOK-un 3 üzvü AOK-un komissiyalarına üzv seçildi

Slovakiyanın Şamorin şəhərində Avropa Olimpiya Komitələrinin (AOK) 41-ci seminarı keçirilib.

Apasport.az saytının məlumatına görə, bir sira əhəmiyyətli məsələlər müzakirə edilib.

Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) Marketinq Departamentinin rəhbəri Mehman Kərimovun iştirak etdiyi seminar çərçivəsində AOK-un İcraiyyə Komitəsinin iclası da keçirilib. İcraiyyə Komitəsi növbəti dövr üçün 9 komissiya və 2 işçi qrupun yeni tərkibini təsdiq edib. Qərara əsasən Azərbaycan MOK-un 3 əməkdaşı – Azər Əliyev Avropa Gənclər Yay Olimpiya Festivalı Komissiyası, Mehman Kərimov Marketinq Komissiyası, Anar Bağırov isə Avropa Birliyi və Beynəlxalq Əlaqələr Komissiyasının yeni üzvləri olaraq təsdiq ediliblər.

Azərbaycan MOK-un 3 üzvünün AOK-un muxtəlif komissiyalarina uzv seçilməsi qurumun son 29 illik tarixində bir ilkdir. Seminar müddətində qitə MOK-ları Tokio-2020 Yay Olimpiya Oyunlarının yekunlarına haqqında təqdimatı dinləyib, Pekin -2022 Qış Olimpiya Oyunları, Vuokatti-2022 Avropa Gənclər Olimpiya Festivalı, Banska Bıstrısa-2022 Yay Avropa Gənclər Olimpiya Festivalı və Krakov-2023 Avropa Oyunlarına hazırlıq işləri ilə tanış olaraq, bir sıra vacib məsələlərə dair qeyd və təkliflərini verib.

Seminarda müzakirə olan mühüm sənədlərdən biri də AOK 2030-cu il üçün hazırladığı Strateji Gündəliyi olub. Bununla yanaşı, MOK-lar Avropa Birliyinin qrant proqramlarına müraciət, marketinq və sosial media texnikası, bu sahədə strateji planlaşdırma və uyğun mövzular üzrə maraqlı təqdimatlarla tanış olublar.

Seminarın ənənəvi tədbirlərindən biri 2021-ci il üçün qitənin ən güclü yay idmanı üzrə atletinin müəyyən edilməsi olub. Beləliklə seçilmiş 5 finalçı arasından Rumıniyadan olan David Popoviçi 10-cu Pyotr Nurovski “Avropanın ən güclü gənc atleti” nominasiyasının qalibi olub.