22:28 28-11-2021
news_image
126
FUTBOL

"Çelsi" - "Mançester Yunayted" oyununda qalib müəyyənləşmədi

İngiltərə Premyer Liqasında XIII tur davam edir.

Apasport.az saytının məlumatına görə, turun mərkəzi qarşılaşması Londonda baş tutub.

Çempionatın lideri “Çelsi” “Mançester Yunayted”i qəbul edib. Turun mərkəzi oyununda bütün qollar ikinci hissədə vurulub. Öncə Ceydon Sanço mançesterliləri hesabda önə çıxarıb. Jorjinyo penalti zərbəsi ilə bərabərlik qoluna imza atıb – 1:1.

Qeyd edək ki, 13 turdan sonra 30 xala malik “Çelsi” 1-ci, 18 xalı olan “Mançester Yunayted” 8-ci pillədə qərarlaşıb.