22:34 28-11-2021
news_image
447
FUTBOL

Mahir Emreli oynadı, komandası qalib gəldi

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşa çempionatında növbəti oyununu keçirib.

Apasport.az saytının məlumatıma görə, “Legiya”nın 24 yaşlı hücumçusu “Yagelloniya” ilə ev maçının iştirakçısı olub.

Mahir XVI turun görüşünə start heyətində çıxıb. Matçın ilk hissəsinə əlavə edilən dəqiqədə vurulan qol “Legiya”ya üç xal qazandırıb. Bu qolun ötürməsinin müəllifi olan Emreli 90 dəqiqə meydanda keçirib.

Qeyd edək ki, 14 matçda 12 xal toplayan Varşava təmsilçisi 18 komanda arasında 16-cı pillədə qərarlaşıb.