23:44 28-11-2021
news_image
137
FUTBOL

Messinin karyerasında üç

Lionel Messi karyerasında üçüncü dəfə bir oyunda üç assist müəllifi olub.

Apasport.az saytının məlumatına görə, bu, Liqa1-in XV turunda baş verib.

PSJ-nin hücumçusu “Sent-Etyenn” üzərində 3:1 hesablı qələbədə üç qolun ötürməsini verməklə pay sahibi olub. Argentinalının əvvəlki iki assist het-triki “Barselona”nın heyətində reallaşıb. 2016-cı il martın 12-də “Xetafe”, 2020-ci fevralın 9-da “Betis”lə qarşılaşmada Messi üç qola ötürmə verib.

“Sent-Etyenn”lə görüş daha iki məqamla əlamətdar olub. Serxio Ramos Paris klubunda debüt edibsə, Neymar zədələnərək xərəkdə meydandan çıxarılıb. Braziliyalının durumuna müayinələrdən sonra tam aydınlıq gələcək.