09:09 29-11-2021
news_image
153
FUTBOL

Neymar ili başa vurdu

Fransa Liqa1-in “Sent-Etyenn”lə oyununda zədələnən PSJ-nin futbolçusu Neymar ilkin tibbi müayinədən keçib.

Apasport.az saytının məlumatına görə, 29 yaşlı braziliyalı hücumçu 6 həftə yaşıl meydanlardan kənar qala bilər.

Bu da o deməkdir ki, hücumçu bu il meydana çıxa bilməyəcək. Təkrar müayinədən sonra Neymarın vəziyyəti tam dəqiqləşəcək. Cənubi amerikalı qarşılaşmanın sonlarında topuğundan xəsarət alıb.

Bir neçə dəqiqə həkimlər ona yardım göstərsə də, Neymar matçı davam etdirə bilməyib. Onu meydandan xərəkdə çıxarıblar.

Qeyd edək ki, PSJ bu matçda 3:1 hesablı qələbə qazanıb.