09:14 29-11-2021
news_image
218
FUTBOL

Dünyanın ən yaxşı pleymeykerləri açıqlandı - SİYAHI

Dünyanın ən yaxşı pleymeykerlərinin siyahısı müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Statistikaları Federasiyası (İFFHS) öz nümayəndələri arasında keçirdiyi səsvermənin nəticələrini açıqlayıb.

Bir il əvvəl olduğu kimi yenə ən yaxşı adına Kevin de Breyne layiq görülüb. Belçika millisinin yarımmüdafiəçisi 160 xalla hamını qabaqlayıb. Lionel Messi ondan 55 xal geri qalıb.

Dünyanın ən yaxşı pleymeykerləri
1. Kevin de Breyne (Belçika, “Mançester Siti”) - 160
2. Lionel Messi (Argentina, “Barselona”/PSJ) - 105
3-4. Bruno Fernandes (Portuqaliya, “Mançester Yunayted”) - 15
Tomas Müller (Almaniya, “Bavariya) - 15
5. Jorjinyo (İtaliya, “Çelsi”) - 10