09:17 29-11-2021
news_image
151
FUTBOL

Messi “Qızıl top”a namizəd “üçlüy”ü

PSJ-nin hücumçusu Lionel Messi “Qızıl top” mükafatına namizədlərini açıqlayıb.

Apasport.az saytının məlumatına görə, argentinalı superulduz ilk “üçlüy”ü özü üçün müəyyənləşdirib.

O, komanda yoldaşları Neymar və Kilian Mbappeyə də burada yer verib. Leo Neymarı birinci, Mbappeni üçüncü yerə layiq bilibsə, ikinci pillədə “Bavariya”nın hücumçusu Robert Levandovskini göstərib. 34 yaşlı oyunçu özü bu il “Qızıl top”u qazanmaq barədə düşünmədiyini söyləyib: “Düzünü desəm, bu barədə düşünmürəm. Ən böyük mükafatım Argentina millisi ilə Amerika Kubokunda qazandığım qələbədir”.

Qeyd edək ki, “Qızıl top” mükafatının qalibi bu gün Parisdə təşkil olunacaq tədbirdə açıqlanacaq.