09:58 29-11-2021
news_image
200
FUTBOL

Millimiz ili hansı mövqedə bitirəcək? – 11 pillə geriyə

FİFA reytinqi ilə bağlı ehtimallar cədvəli açıqlanıb.

Apasport.az saytının məlumatına görə, yığmaların dekabrın 23-də dərc olunacaq ilin son siyahısındakı mövqeyi dəqiqləşib.

Bu müddətdə heç bir rəsmi matça çıxmayacaq Azərbaycan milisinin də mövqeyi bəlli olub. Canni de Byazinin yetirmələri 2021-ci ili 120-ci sırada tamamlayacaq. 

Millinin noyabrdakı mövqeyi dəyişməyəcək. Komandanın hesabında yenə 1139 xal qalacaq. 

Ümumiyyətlə cədvəldə yalnız cüzi dəyişikliklər olacaq. İlk “üçlük”də Belçika (1828), Braziliya (1826) və Fransanın (1786) mövqeyi dəyişməyəcək. Qonşu Türkiyə yığması 1473 xalla 37-ci pillədə yerini qoruyacaq.

Qeyd edək ki, yığmamızın qərarlaşacağı sıra ötən illə müqayisədə 11 pillə geri olacaq.