10:31 29-11-2021
news_image
1630
FUTBOL

“Qarabağ” daha bir pillə irəlilədi - Top komandaların reytinqində

Avropanın top komandalarının reytinq cədvəli açıqlanıb.

Apasport.az saytının məlumatına görə, siyahıda qitənin 435 komandası yer alıb.

Cədvəldə Azərbaycanın üç təmsilçisi yer alıb. Ən yaxşı klubumuz “Qarabağ” Top-100”də qərarlaşıb. 

Qurban Qurbanovun yetirmələri Avropada 84-cüdür. Ağdam klubunun hesabında 204 xal var.

Təmsilçimiz ötən siyahı ilə müqayisədə daha bir addım irəliləyib. “Qarabağ” Təl-Əviv “Makkabi”sini arxada qoyub. Ağdamlılar ötən cədvəldə də 2 pilləlik irəliləyişə nail olmuşdu.

Digər iki klubumuz üçüncü “100-lük”dədir. 30 xala malik “Neftçi” 246-cı, 20 xalı olan “Qəbələ” 288-ci sırada yer alıb.

Qeyd edək ki, siyahıya 2123 xalla “Real” başçılıq edir.