10:53 29-11-2021
news_image
192
FUTBOL

DÇ-2022: Millimiz də ilk pillədə olarmış, amma... - VİDEO

DÇ-2022-nin seçmə mərhələsində mili komandaların noyabrda keçirdiyi oyunlarda vurulan ən gözəl qollar açıqlanıb.

Apasport.az saytının məlumatına görə, bütün dünyada vurulan qollar arasında 10-u fərqləndirilib.

Maraqlıdır ki, siyahıya Azərbaycan millisi başçılıq edir. Ancaq vurduğu yox, buraxdığı topa görə. Yığmamızın noyabrın 11-də Bakı Olimpiya Stadionunda qəbul etdiyi Lüksemburq millisinin 67-ci dəqiqədə vurduğu ilk qol ayın ən yaxşısı seçilib. Gerson Rodrigesin 67-ci dəqiqədə başı üzəridən akrobatik tullanışla hesabı açdığı qol gözəlliyinə görə nəinki Harri Keyn, Anxel Di Mariya, Memfis Depay, Kilian Mbappe kimi ulduzları, bütün dünyanı qabaqlayıb.

Noyabrda millilərin oyunlarında vurulan ən gözəl 10 qol:
1. Gerson Rodriges (Lüksemburq). Azərbaycan – Lüksemburq – 1:3
2. Ridle Baku (Almaniya). Almaniya – Lixtenşteyn – 9:0
3. Silvan Vidmer (İsveçrə). İtaliya – İsveçrə - 1:1
4. Harri Keyn (İngiltərə). İngiltərə - Albaniya – 5:0
5. Yoakim Mele (Danimarka). Danimarka – Farer adaları – 3:1
6. Anxel Di Mariya (Argentina). Uruqvay – Argentina – 0:1
7. Memfis Depay (Niderland). Monteneqro – Niderland – 2:2
8. İsmaili Sarr (Seneqal). Seneqal – Konqo – 2:0
9. Nukişor Banku (Rumıniya). Lixtenşteyn – Rumıniya – 0:2
10. Kilian Mbappe (Fransa). Finlandiya – Fransa – 0:2