13:21 29-11-2021
news_image
136
FUTBOL

Baş məşqçi: “Qarabağ”la heç-heçə qazancdır”

“Təkcə “Qarabağ”la son oyunda deyil, axır həftələrdə çox yaxşı çıxış edirik”.

Apasport.az saytının məlumatına görə, bunu “Omoniya”nın baş məşqçisi Henninq Berq Kipr çempionatının XI turunda APOEL-lə keçiriləcək oyun öncəsi mətbuat konfransında deyib.

Norveçli mütəxəssis Konfrans Liqasının qrup mərhələsinin V turunda “Qarabağ”la baş tutan qarşılaşmaya da toxunub. O, Bakıda 2:2 hesablı bərabərliyi böyük uğur hesab edir: “Qarabağ”la oyunda yaxşı keyfiyyət nümayiş etdirdik, nizam-intizamımız, işimiz, mentalitetimiz uğurlu idi. Azərbaycan komandası ilə rəqabət apardıq. Heç-heçə bizim üçün qazancdır. Düzdür, qalib gələ bilərdik və ya uduzmağımız da mümkün idi. Əsas odur ki, bizim üçün yaxşı oyun oldu”.

Qeyd edək ki, APOEL – “Omoniya” oyunu bu gün keçiriləcək.