15:15 29-11-2021
news_image
96
FUTBOL

“Belenenseş”in futbolçularının “Omikron” ştamına yoluxduğu üzə çıxdı

Portuqaliya çempionatının “Benfika” ilə oyununu sona çatdıra bilməyən “Belenenseş”in futbolçularının koronavirusun yeni “Omikron” ştamına yoluxduğu üzə çıxıb.

Apasport.az saytının məlumatına görə, bunu Portuqaliya Milli Səhiyyə İnstitutu açıqlayıb.

Qurumun yoluxucu xəstəliklər departamentinin rəhbəri Rikardo Xorxe “Belenenseş”in 13 futbolçusunda “Omikron” aşkarlandığını bildirib. Bu ştamın klubda yayılmasına səbəb oyunçulardan birinin Cənubi Afrikaya səfəridir. Bütün oyunçular karantinə alınıb.

Qeyd edək ki, əksər futbolçuları koronavirusa yoluxan “Belenenseş” “Benfika” ilə görüşə 9 oyunçu ilə başlayıb. Fasilədən sonra yalnız 7 futbolçusu meydana çıxan komandanın bir üzvü də cəmi 2 dəqiqədən sonra zədələnib. 0:7 hesabı ilə hesabda geridə olan komandanın 6 üzvü qaldığından hakim oyunu yarımçıq saxlayıb.