15:41 29-11-2021
news_image
152
FUTBOL

“Mançester Yunayted” yeni baş məşqçisini açıqladı

İngiltərənin “Mançester Yunayted” klubunda baş məşqçi təyinatı rəsmiləşib.

Apasport.az saytının məlumatına görə, bunu Premyer Liqa təmsilçisi açıqlayıb.

Ralf Ranqnik mövsümün sonunadək komandanın baş məşqçisi olacaq. 63 yaşlı almaniyalı mütəxəssis müqaviləsi bitdikdən sonra daha iki il məsləhətçi kimi çalışacaq. Ranqnikin işçi vizası həll olunanadək komandaya Maykl Karrik rəhbərlik edəcək.

Qeyd edək ki, Ole-Qunnar Sulşerin istefasından sonra “Mançester Yunayted”ə müvəqqəti Karrik başçılıq edir.