16:35 29-11-2021
news_image
149
FUTBOL

“Real”da 1 milyardlıq müqavilə hazırlığı

“Real” daha bir futbolçusu ilə müqaviləsini yeniləməyə hazırlaşır.

Apasport.az saytının məlumatına görə, “kral klubu” braziliyalı hücumçusu Rodriqonu uzun müddət komandada saxlamaq niyyətindədir.

20 yaşlı forvardın hazırkı sözləşməsi 2025-ci ilin yayına qədər olsa da, madridlilər bu müddəti artırmağa çalışır. Razılıq əldə olunarsa, Braziliya millisinin üzvünün təzminat haqqı da artırılacaq. Hazırda sərbəst qalma məbləği 750 milyon avro olan Rodriqonun yeni anlaşmadan sonra təzminatı 1 milyard avroya bərabər olacaq.

Qeyd edək ki, Rodriqo bu mövsüm “Real”ın heyətində bütün turnirlərdə 16 oyun keçirib, 2 qol vurub.