16:47 29-11-2021
news_image
178
DİGƏR NÖVLƏR

“Omikron”un yayılması səbəbindən Universiada ləğv olundu

2021-ci ildə keçirilməli olan Qış Universiadası ləğv edilib.

Apasport.az saytının məlumatına görə, bu barədə qərarı yarışın təşkilatçıları verib.

Universiada İsveçrənin Lütsern şəhərində təşkil olunmalı idi. Öncədən yanvarda keçirilməsi nəzərdə tutulan yarış dekabrın 11-21-nə təxirə salınmışdı. Universiadanın ləğvinə isə koronavirusun yeni ştamı “Omikron”un yayılması səbəb olub.