10:34 30-11-2021
news_image
212
FUTBOL

Millimizin futbolçusunun qarşısını kəsdilər: "Niyə oynamırsız?" - VİDEO

Ötən mövsümün bürünc medalçısı "Sumqayıt"ın yeni mövsüm işləri heç də yaxşı getmir.

Apasport.az “sportinfo”ya istinadən məlumat verir ki, komanda ardıcıl üç oyundur məğlubiyyət yaşayır. Turnir cədvəlində isə "kimyaçılar"ı sonuncu pillədən cəmi 2 xal ayırır. Yaranmış durum yerli azarkeşləri də narahat etməyə başlayıb.

XII tur çərçivəsində "Zirə" ilə qarşılaşmadan sonra yaşananlar bunu əyani sübut edir.

Matçdan sonra komandanın stajlı azarkeşlərindən biri Rəhim Sadıxovun önünü kəsərək, "Niyə oynamırsınız? Belə nə vaxta qədər davam edəcək?" deyərək, yaşanan uğursuzluqlara görə kəskin etiraz edib.

Bu zaman futbolçunun xanımı da yanında olub.

Millinizin də formasını geyinən yarımmüdafiəçi qarşılaşdığı mənzərədən şoka düşərək "mən nə edə bilərəm axı?" cavabı ilə kifayətlənib.

Qarşılıqlı söz atışmasının sonunda tərəflər xoşluqla ayrılıb. Sonda yaşlı azarkeş futbolçuya qarşıdakı matçlarda uğurlar arzulayıb.