11:32 30-11-2021
news_image

Dünya referisi dərəcəsi alan azərbaycanlı hakimlərin sayı artdı

Azərbaycanın dünya referisi dərəcəsi alan hakimlərinin sayı 4-ə çatıb. 

Apasport.az saytının məlumatına görə, bu barədə Milli Karate Federasiyası məlumat yayıb. 

Bildirilib ki, Avropa referisi dərəcəsi olan beynəlxalq hakimlər Anar Allahverdiyev və Rənad Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilmiş dünya çempionatı ərəfəsində imtahan verərək səviyyələrini dünya referisinədək artırıblar.

Dünya Karate Federasiyasının (WKF) Hakimlər Komitəsi xüsusi yığıncağında Tokio-2020 Yay Olimpiya Oyunlarını idarə edən hakimlərdən Cahangir Babayevin də işini yüksək qiymətləndirilib və ona sertifikat təqdim olunub.

Qeyd edək ki, beynəlxalq dərəcəli hakimlərimiz Babayev,  Allahverdiyev və Əliyevdən başqa, Vüqar Kərimov ötən dünya çempionatını idarə edən referilər arasında olub.