22:11 02-12-2021
news_image
137
FUTBOL

“Everton” Benitesi göndərir

İngiltərə “Everton”u baş məşqçi dəyişikliyinə hazırlaşır.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi Rafael Beniteslə yollarını ayırmaq niyyətindədir.

Derbidə “Liverpul”dan alınan 1:4 hesablı ev məğlubiyyəti klub rəhbərliyinin səbir kasasını daşırıb. Son 8 oyunda cəmi 2 xal toplayan “Everton” artıq yeni baş məşqçi axtarmağa başlayıb.

Benitesin komandası sonuncu dəfə sentyabrın 25-də qalib gəlib. “Norviç” üzərində 2:0 hesablı qələbədən sonra “Everton” “qara zolağ”a düşüb.

Yaxın günlərdə klub rəhbərliyinin iclası keçiriləcək. Benitesin növbəti turadək istefaya göndəriləcəyi gözlənilir.