13:29 02-12-2021
news_image
100
FUTBOL

AFFA-nın İcraiyyə Komitəsindən “Qarabağ”a təbrik

“Qarabağ”ın avrokuboklarda qrup mərhələsini adlayan ilk Azərbaycan klubu kimi tarixə düşməsinə AFFA da biganə qalmayıb.

Apasport.az saytının məlumatına görə, qurumun İcraiyyə Komitəsi Konfrans Liqasında tarixi uğura imza atan Ağdam klubunu təbrik edib.

Komitənin bugünkü iclasında Ağdam təmsilçisinin pley-off mərhələsinə vəsiqə qazanması xüsusi vurğulanıb. Tədbirin sonunda AFFA-nın İcraiyyə Komitəsinin adından kluba təbrik ünvanlanıb. 

Qeyd edək ki, qrupda ilk iki yerdən birini təmin edən “Qarabağ”ın 1/8 final və ya pley-offda oynayacağına son tur aydınlıq gətirəcək.