14:05 02-12-2021
news_image
109
FUTBOL

“Arsenal”dan gedir

Edvard Nketia mövsümün sonunda “Arsenal”dan ayrılacaq.

Apasport.az saytının məlumatına görə, 22 yaşlı hücumçu İngiltərə klubu ilə müqaviləni uzatmaqdan imtina edib.

Onun növbəti dəfə yeni anlaşmadan boyun qaçırması oyun praktikasının yoxluğu ilə bağlıdır. O, cari mövsümdə cəmi 2 matça çıxıb.

Yalnız Liqa kubokunda oynayan Nketia mövsümün sonunda klubunu dəyişməyə qərar verib. Onun anlaşması 2022-ci il iyunun 30-da başa çatacaq.