14:30 02-12-2021
news_image
117
FUTBOL

AFFA-dan “Səbail”ə rədd cavabı

AFFA-nın Apelyasiya Arbitraj Tribunalının iclası keçirilib.

Apasport.az saytının məlumatına görə, yığıncaqda “Səbail”in şikayətinə baxılıb.
 
Klub tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyib. AFFA İntizam Komitəsinin oyunçusu Nikolas Raysel və baş məşqçisi Aftandil Hacıyev, həmçinin klub barəsində verdiyi qərarları qüvvədə saxlanılıb.

Qeyd edək ki, Premyer Liqanın IX turunun “Sumqayıt” – “Səbail” oyununda birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşan Nikolas Raysel 4 matçlıq cəzalanıb və klub 3200 manat cərimələnib. Matç bitdikdən sonra hakimləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırılan Aftandil Hacıyev 5 oyunluq cəza alıb və klubu 4000 manat ziyana salıb.