18:08 02-12-2021
news_image
91
FUTBOL

Spallettiyə 2 oyunluq cəza

“Napoli”nin baş məşqçisi Luçano Spalletti cəzalanıb.

Apasport.az saytının məlumatına görə, mütəxəssislə bağlı qərarı A seriyasının idman məhkəməsi verib.

Spalletti iki oyunluq diskvalifikasiya edilib. Buna onun XV turun “Sassuolo” görüşündəki davranışı səbəb olub.

Mütəxəssis 2:2 hesabı ilə başa çatan qarşılaşmada hakimlər mübahisəyə görə qırmızı vərəqə alıb. O, “Atalanta” və “Empoli” ilə matçlarda texniki zonadan kənar qalacaq.