10:29 04-12-2021
news_image
124
FUTBOL

“Arsenal” kanadalı bombardirə elçi düşdü

İngiltərə “Arsenal”ı hücum xəttini gücləndirəcək.

Apasport.az saytının məlumatına görə, London klubu Jonatan Davidi transfer etmək istəyir.

Premyer Liqa təmsilçisi Fransa “Lill”inin hücumçusu qışda heyətinə qatmağı planlaşdırır. 21 yaşlı kanadalı “topçular” üçün prioritet transferdir.

“Everton”dan Dominik Kalvert-Levini transfer edə bilməyən “Arsenal” Fransa Liqa1-in bombaridirinə göz dikib. Kanadalı mövsümün 22 matçında 12 qola imza atıb.

Qeyd edək ki, Davidin transfer qiyməti 35 milyon avrodur.