12:32 04-12-2021
news_image
139
FUTBOL

Klopp: “Bu qrafik dəlilikdir”

“Biz belə sərt qrafikə öyrəşmişik. Görək vəziyyət dekabrın ortalarında və sona yaxın necə olacaq”. 

Apasport.az saytının məlumatına görə, bunu “Liverpul”un baş məşqçisi Yurgen Klopp deyib.

Almaniyalı mütəxəssis növbəti dəfə sıx təqvimdən şikayətlənib. O, 28 gündə 9 matç keçirilməsinə münasibət bildirib: “Amma bu barədə söhbət həmişə davam edir. Bu qrafik dəlilikdir. Həmişə belə ağısızlıq olub və həmişə də olacaq. Hər şey qaydasındadır. Bunun ənənə olduğunu başa düşürəm. Amma dekabrın sonunda ağır dövr gələcək”.