22:49 04-12-2021
news_image
370
FUTBOL

Mendiyə yeni təklif

“Çelsi” qapıçısı Eduar Mendi ilə yeni müqavilə imzalayacaq.

Apasport.az saytının məlumatına görə, İngiltərə klubu 29 yaşlı qolkiperə daha yaxşı şərtlərlə anlaşma təklif edəcək.

Hazırkı müqavilə ilə seneqallı həftədə 60 min funt sterlinq qazanır. Bu sözləşmə 2025-ci ilin yayında başa çatacaq. Yeni anlaşmanın şərtləri ona daha çox qazanmaq imkanı verəcək.

Qeyd edək ki, Mendi cari mövsümün 19 matçında 8 top buraxıb. O, 11 görüşdə qapısını toxunulmaz saxlayıb.