14:31 04-12-2021
news_image
119
FUTBOL

“Milan” Kyerə əvəzləyici tapdı – “Barselona”dan

Simon Kyerin zədələnməsindən sonra “Milan” mərkəz müdafiəçisi axtarışına başlayıb.

Apasport.az saytının məlumatına görə, İtaliya klubunun əsas namizədi Samuel Umtitidir.

A seriyası təmsilçisi “Barselona”nın futbolçusunu qışda transfer etməyə qərar verib. Klubdan ayrılmaq istəyən fransalı üçün də “Milan” ən optimal variantdır.

Qeyd edək ki, A seriyasının XV turunda “Cenoa” (3:0) ilə matçın 4-cü dəqiqəsində dizindən aldığı xəsarət nəticəsində əvəzlənən Kyer uzun müddətə sıradan çıxıb.